Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Newscenter.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
İki ölkə liderləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
V.Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağdakı erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması barədə məlumat verib.
Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
V.Putin və İ.Rəisi “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında qarşılıqlı maraq ifadə ediblər.(report)