Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib

Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib


Sabirabadda məktəbdə 12 nəfər qidadan zəhərlənib.

Bu barədə Newscenter.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 25-də Sabirabad rayonunın Axtaçı Muğan kənd orta məktəbində 11 şagird və 1 müəllim olmaqla cəmi 12 şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.

Hazırda vəziyyəti qənaətbəxş olan 12 şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş