Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi

Şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi


Torpaqlarımızın qorunması, ərazi bütövlüyümüz uğrunda bu günə qədər minlərlə oğul və qızlarımız şəhid olub, əbədiyyətə qovuşub. Tarixə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşında da minlərlə şəhid verdik. Məhz həmin igid oğullarımızın qəhrəmanlıqları nəticəsində torpaqlarımız erməni işğalından azad edildi.

Şəhidlərimizin əziz xatirəsinin uca tutulması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən müharibəsinin başlandığı tarix, 27 sentyabr Anım Günü kimi qeyd edilir.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov həmin tarixi günlərə nəzər salaraq deyib ki, 2020-ci il Azərbaycan xalqını 30 il həsrətində olduğu torpaqlara qovuşdurdu. Onun sözlərinə görə, bu tarixi bizə Vətən uğrunda öz canlarını fəda edən Şəhidlərimiz, Vətən uğrunda öz sağlamlıqlarını itirən Qazilərimiz, Vətən uğrunda vuruşan müharibə iştirakçılarımız bəxş etdilər:

"Şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçılarımız Azərbaycan adlı dövlətə, Azərbaycan adlı xalqa böyük fəxarət yaşatdılar".

Eldar Əsədov deyib ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür:

"Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Şəhidlər təkcə 27 sentyabr tarixində deyil, hər an, hər zaman bizim qəlbimizdə, bizim yaddaşımızdadır".

Anar TAGİYEV
Xəbəri paylaş