Qarabağ probleminin həll edilməsindən və ərazi bütövlüyümüzün tam bərpa olunmasından sonra Azərbaycanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağı istisna edilmir. Hətta bunun qısa bir müddətdə baş verməsinin zəruriliyi vurğulanır. Bəs, görəsən rəsmi Bakı belə bir addım ata bilərmi?
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan həm Şimali Kiprin, həm də Kosovanın rəsmən müstəqilliyini tanımasında problem yoxdur. Onun qənaətincə, Azərbaycan öz suverenliyini bərpa edib, Xankəndi və ətrafına Azərbaycan nəzarət edir:
"Silahlı erməni birləşmələri silahlarını təhvil verib. Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq ortaya qoydu.
Qeyd edim ki, Azərbaycanın bundan sonra Şimali Kipr Türk Cümhuriyyətini rəsmən tanıması istiqamətində də heç bir əngəl qalmayıb. Şimali Kipr Türk Dövlətləri Birliyində təmsilçiyi var. Prezident İlham Əliyev Şimal Kipr Türk Cümhuriyyətinin bayrağının bu təşkilatda olması vacibliyini qeyd edib. Təbii ki, Türkiyə də Azərbaycanın Şimali Kipri tanımasında maraqlıdır. Gələn il Azərbaycan Şimali Kipri tanıya bilər".
Politoloq deyib ki, bundan əlavə, Kosovonın da müstəqilliyinin tanınmasında hər hansı bir problem yoxdur:
"Albaniya Azərbaycanın yaxın strateji tərəfdaşıdır. Albaniya son BMT TŞ Azərbaycanı qətiyyətli şəkildə müdafiə edib. Serbiyaya görə Kosovani tanımamaq olmaz. BMT və 100 artıq ölkə Kosovanı tanıyıb. Serbiyaya etibar yoxdur. Serbiya ilə əlaqələr yalnız oradakı hakimiyyətlərin tutduğu xətdən aslıdır. Azərbaycan Şimali Kipri tanımaqla paralel Kosovoni tanıyarsa, Qərbin müəyyən siyasi bəyanatlarını neytrallaşdırmaq olacaq. Çünki Qərb Şimali Kipri tanımır. Azərbaycan tanıyarsa, buna sərt reaksiya verə bilər. Amma, Kosovonı da eyni paralel tanıyarsa, münasibətlər normal olacaq".
Anar Əliyev