Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

27 sentyabr Azərbaycan dövlətçilik tarixində yeni era deməkdir

27 sentyabr Azərbaycan dövlətçilik tarixində yeni era deməkdir


27 sentyabr Azərbaycan dövlətçilik tarixində yeni era deməkdir.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, 100 illər ərzində torpaq itirən, müharibələrdə məğlub olan Azərbaycan məhz 3 il əvvəl başlanan Vətən müharibəsində cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı Qələbə sayəsində qalib, itirdiyi torpaqları geri qaytaran yanlız özünün yox, bütövlükdə bölgəmizin taleyini dəyişən güc sahibinə çevrildi:

"Bilirsiniz ki, Azərbaycan regionda heç vaxt qarşıdurma arzulamır. Hətta ərazilərimizin işğal olduğu bir dövrdə, 1995-ci ildə Konstitusiyamız qəbul olunarkən Ulu Öndər Azərbaycan Respublikasının ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməsini ali konstitusion niyyət kimi Konstitusiyamıza daxil etmişdir. Biz konstitusion şəkildə beynəlxalq münaqişələrin həlli kimi müharibəni rədd edirik. Lakin Ermənistan nəinki təcavüzkar niyyətindən əl çəkmirdi, hətta 2020-ci ilin ortalarında artıq yeni müharibə və yeni ərazilər ritorikasını rəsmən dövlət səviyyəsində gizlətmirdi. Elə bu niyyətlə 27 sentyabr 2020-ci ildə hücuma keçən ermənilərin nəinki qarşısı alındı, üstəlik 30 il ərzində möhkəmlənən mövqelər, qurulan istehkamlara baxmayaraq Azərbaycan bu işğala cəmi 44 gündə son qoydu. Bu gün Qələbəmiz barədə düşünündə yanlız bir qənaətə gəlmək olar: Bizi qələbəyə aparan güclü siyasi iradə, vətən sevgisi və hərbiçilərimizin peşəkarlığı oldu".

Deputatın sözlərinə görə, həqiqətən də 30 il ərzində Ermənistanın havadarları bütün dünyaya, eyni zamanda Azərbaycan xalqına təlqin etməyə çalışırdılar ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz:

"Eyni zamanda vasitəçilər, qlobal güclər israr edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Faktiki olaraq az qala bütün dünya bizi işğal faktoru ilə barışmağa vadar edirdi. Lakin cənab İlham Əliyev tam iqtisadi müstəqilliyə nail olmaqla, siyasi suverenliyimizi isə möhkəmləndirməklə, həmçinin ordu quruculuğu prosesini peşakar formada həyata keçirməklə, cəmiyyətdə ideoloji işi ən yüksək səviyyədə qurmaqla, bütün dünyanı qarşısına alaraq öncə hərbi, daha sonra isə siyasi Qələbə əldə edərək yeni bir Azərbaycan yaratdı. Qalib, qüdrətli Dəmir yumruq ətrafında bir nəfər kimi cəm olan gücə çevrildik. Lakin qələbələrimiz bununla bitmədi. Məlumdur ki, müharibədən çıxmış bir ölkə olmağımıza baxmayaraq dünyada hökm sürən təlatümlərə rəğmən qələbədən dərhal, cəmi 8 gün sonra Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş rayonlara səfər etdilər və elə həmin tarixdən də bərpa-quruculuq prosesinə başlanıldı".

Millət vəkili daha sonra bunları qeyd edib:

"Cənab Prezidentin dediyi kimi, bütün bu işlərin yeganə maliyyə mənbəyi Azərbaycan büdcəsi oldu. Cəmi 8 aya Hava Limanı tikildi, il yarıma artıq Böyük Qayıdışın ilk köçü reallaşdı. Bu gün isə artıq bilirsiniz ki, Ağalı, Talış, Laçın, Zabux, Füzulidə hər gün sayı artmaqda olan soydaşlarımız əbədi olar məskunlaşıblar. Bütün bunlar göstərir ki, Azərbaycanın idarəçiliyi doğru əllərdə və milli iradədədir. Doğru idarəçilik nəticəsində mövcud iqtisadiyyatımız dayanıqlı iqtisadiyyatdır, siyasətimizi milli maraqlara təmin edə biləcək siyasət kimi bütün dünya qiymətləndirir. Ordumuz regionun ən güclüsüdür. Cəmiyyətimizdə isə döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün biz keçmiş SSRİ məkanında yeganə qalib xalqıq. Bir sözlə, biz bu gün tarixin ən güclü dövrünü yaşayırıq. Məhz bu güc, bu qüdrət ən əsası isə möhtərəm Prezidentin qətiyyəti ilə sentyabrın 19-da lokal antoterror xarakterli tədbirlərlə dövlətimiz bütövlükdə nəinki nölgədə, hətta dünyada separatizmlə mübarizədə real nəticəyə nail olaraq, Qarabağda Konstitusiya quruluşunu bərpa etdi. Müzəffər Ali Baş Komandan separatizmlə mübarizədə Azərbaycan modelini ortaya qoyaraq cəmi 23 saat ərzində 44 günlük savaşımızda yarımçıq qalmış bir prosesin nöqtəsi qoyuldu. Beləliklə, Azərbaycanın hər qarışında özünün nəzarətini. yurisdiksiyasını bərpa etdi. Azərbaycan xalqı heç şübhəsiz ki, bu reallığı yaradan Böyük Lider cənab İlham Əliyevə, onun Qalib Ordusuna həmişə minnətdarlıq duyacaq. Biz hər zaman şəhidlərimizi ehtiramla anacağıq, onların qəhrəmanlığı ilə qürur duyacağıq".

Mehman Mehdiyev
Xəbəri paylaş