Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

27 sentyabr həm də Prezident İlham Əliyevin mübarizə əzminin, qətiyyətinin təsdiq günüdür

27 sentyabr həm də Prezident İlham Əliyevin mübarizə əzminin, qətiyyətinin təsdiq günüdür


İkinci Qarabağ müharibəsinin başlanmasının 3 ili tamam olur. Artıq bu günkü tarix Azərbaycanda tarixi zəfərin qəhrəmanlarının, şəhidlərin anım günü kimi qeyd edilir.

Newscenter.az-ın xəbərinə görə, həmin tarixi günlərə nəzər yetirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, 27 sentyabr həm də Prezident, Ali Baş Komandan İlham Əliyevin mübarizə əzminin, qətiyyətinin təsdiq günüdür. Onun sözlərinə görə, üç il bundan öncə məhz həmin gün səhər saatlarında işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində dövlətimizin başçısı qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verdi:

"Və bu qərarın verilməsi tariximizin ən parlaq hadisələrindən biri sayılır. 2023-cü ilin 19-20 sentyabrında Qarabağdakı separatçı rejimin darmadağın edilməsi ilə nəticələnən lokal antiterror tədbirlərini də 27 sentyabr 2020-ci il tarixdə verilmiş qərarın məntiqi nəticəsi hesab etmək olar. Bu mənada, həm 44 günlük Vətən müharibəsinin, həm də lokal antiterror tədbirlərinin nəticələri İlham Əliyevin siyasi müdrikliyinin və sərkərdəlik fəhminin əyani təsdiqidir".

Anar Əliyev
Xəbəri paylaş