Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin Qarabağı tərk etməsi ilə bu torpaqlar dirçələcək

Ermənilərin Qarabağı tərk etməsi ilə bu torpaqlar dirçələcək


"Qarabağ erməni qəsbkarları tərəfindən işğala qədər hər zaman multikultural və müxtəlif xalqların yaşadığı və ziyarət etdiyi bir məkan olub. Xüsusən Şuşa şəhəri ilə bağlı bunu demək olar. Yalnız bu 30 illik işğal dövründə monoetnik toplum olan ermənilər Qarabağı boz zonaya döndərdilər, özlərindən başqa ora kiminsə gəlməsinə imkan vermədilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, ermənilərin Qarabağı tərk etməsi ilə bu torpaqlar dirçələcək, Azərbaycanın digər bölgələri kimi multikultural bir mühit alacaq:

"Əlbəttə ki, Azərbaycan dövlət olaraq bu koloroti qoruyub saxlamalıdır və Azərbaycanlılarla yanaşı digər xalqların (türklər, yəhudilər və digər Avropa xalqlarının) orada məskunlaşmasını təşviq etməlidirlər. ermənilər isə bir daha monoetnik bir xalq olmasını, digər xalqlarla birgə yaşamaq mədəniyyətinin olmamasını tarix boyu və bu gün də öz addımları ilə nümayiş etdirirlər. Özünü qədim xalq adlandıran bu toplum sadəcə olaraq başqa xalqlarla biryerdə yaşaya bilmir, ona görə hansı ölkədə oldularsa oraya inteqrasiya və assimilyasiya etmək əvəzinə separatizm meyllərini daha çox inkişaf etdirirlər".

Mehman Mehdiyev
Xəbəri paylaş