"2020-ci ilin Sentyabrın 26-dan 27-nə keçən gecə erməni təxribatı ilə başlanan 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan əsgəri böyük şücaət və igidlik göstərərək erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad etdi. İkinci Qarabağ müharibəsində 3000-ə yaxın Azərbaycan əsgəri şəhid olmuşdur".
Newscenter-az xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyinin bəyanatında yer alıb. Bildirilib ki, sentyabrın 27-si bu müharibədə şəhid olan Azərbaycan əsgərlərinin anım günüdür. Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş və canından keçmiş Azərbaycan əsgərinin xatirəsini hörmətlə və hüznlə anırıq. Dost və qardaş Azərbaycan xalqına‚ Azərbaycan dövlətinə və şəhid olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk:
"Hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daimi və əbədi olsun.
Hər zaman dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır".
Bəyanatda qeyd edilir ki, Ermənistan regional təhlükəsizliyə və bölgənin sabitliyinı qarşı təhdid yaratmaqdan‚ işğalçılıq və regionun təhlükəsizliyini pozmaq siyasətindən əl çəkməlidir:
"Erməni təxribatlarını‚ erməni vandalizmini və erməni cinayətlərini şiddətlə pisləyir‚ dost və qardaş Azərbaycan dövlətinə və xalqına öz sonsuz dəstəyimizi ifadə edirik. Qarabağ Azərbaycandır!!
Qarabağ müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!
Şəhidlərə Tanrıdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. AMİN"
Anar Əliyev