İkinci Qarabağ müharibəsində olduğu kimi, antiterror tədbirləri nəticəsində əldə etdiyimiz uğuru, qələbəni də kiçiltməyə, aşağılamağa cəhdlər göstərilir. Bəzi dairələr isə iddia edirlər ki, Azərbaycan Ordusu heç bir halda Xankəndinə daxil ola bilməyəcək.
Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyib ki, Xankəndiyə Azərbaycan Ordusunun daxil olmayacağı barədə səslənən səxsi fikirlərlə razı deyil. Onun sözlərinə görə, Xankəndi səhəri də Şuşa kimi Azərbaycan Respublikasının ərazisidir, həm də bu ərazilərimiz Ordumuzun hesabına azad edilib:
"Odur ki, istənilən ərazidə əsgərimizin mövcudluğu vacibdir. Ola bilər ki, bu gün erməni əhalinin təsvirini artırmamaq üçün hələlik Xankəndi ətrafında yerləşən yüksəkliklərdə qalmaq daha doğrudur. Əsgərimizə canımız qurbandur, nəinki Xankəndidə yerləşmək və ya daxil olmaq. Amma bir şey var ki, əgər reinteqrasutadan danışırıqsa, burada dövlətimiz kimi, şəbəkə və media da ağıllı və planlı davranmalıdır. Gələcəkdə bizə qarşı banlayacaq qısır bacılara şans verməli deyilik".
Anar Əliyev