Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun “Murquzlu” dağının "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevin nəşi ailəsinə təhvil verilib.
"Report"un xəbərinə görə, hazırda şəhidin cənazəsi vida mərasimi keçirilməsi üçün ailəsinin Bakının Nərminanov rayonunda yaşadığı evə aparılır.
Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.
O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, Nağıyev Cahid Şəfa oğlunun 1969-cu il avqustun 26-da Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində anadan olub. O, 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.
Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin C.Nağıyevə məxsus olduğu təsdiqlənib.