Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alimlər Yer kürəsinin nə vaxt insan həyatı üçün yararsız hala düşəcəyini müəyyən ediblər

Alimlər Yer kürəsinin nə vaxt insan həyatı üçün yararsız hala düşəcəyini müəyyən ediblər


Avropa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu təqribən superqitənin formalaşacağı 250 milyon ildən sonra Yerin insanlar və digər məməlilər üçün yaşamaq üçün yararsız hala düşəcəyini bildirib.

Newscenter-az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə məqalə “Nature Geoscience” dərgisində dərc olunub.

Geoloqlar planetin tektonik fəaliyyəti və iqliminin kompüter modellərini tərtib ediblər. Təhlil göstərib ki, zaman keçdikcə yeddi qitənin hamısı yeni, faktiki olaraq yaşamaq üçün əlverişsiz “Pangea Ultima” superqitəsində birləşəcək.

Qeyd olunub ki, Yer üzündəki iqlim çox rütubətli olacaq, həmçinin havanın temperaturu Selsi üzrə 40-50 dərəcəyə çatacaq. Qurunun təxminən yarısı səhraya çevriləcək və qütb bölgələrinin 8-16 %-i müasir tropiklərlə müqayisə oluna biləcək.
Xəbəri paylaş