Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Newscenter-az-a bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.
Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Natiq Orucov