"Qondarma rejimin antiterror əməliyyatından sonra buraxılması nəinki gözlənilən, hətta labüd idi. Bu məntiqi sonluq idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Azər Qasımovun sözlərinə görə, 1988-ci ildə ermənilər qərarla "müstəqillik" elan etmişdilər, 2023-cü ildə də qərarla bu "müstəqillikdən" imtina etdilər:
"Öz qondarma qurumlarını buraxdılar. Əslində bunların Azərbaycan üçün heç bir əhəmiyyəti yox idi, amma ermənilərin bəhanələrini kəsmək üçün lazım idi".
Azər Qasımov daha sonra bunları əlavə edib:
"Azərbaycan dövləti öz suverenliyini bərpa etdi və ərazi bütövlüyünü təmin etdi. İndi qalır 30 ildən çox Azərbaycanın başını bu oyunlara qatan canlərin əməllərinə görə cavab verməsinə ki, bu da baş verir. Qondarma rejimin bütün əliqanlı üzvləri qanun qarşısında cavab verməli olacaq".
Anar Əliyev