Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qondarma separatçı rejimin özünü buraxacağı gözlənilirdi

Qondarma separatçı rejimin özünü buraxacağı gözlənilirdi


"Qondarma separatçı rejimin özünü buraxacağı gözlənilirdi. Çünki Azərbaycan dövlətinin 24 saatdan da az bir vaxtda lokal anti-terror tədbirləri, separatçı rejimin fəaliyyətinin davam etməsini məhdudlaşdırdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı nəticəsində qoyulan vəzifələri tam olaraq həll etmək bacarığı ilə başa çatdı:

"Azərbaycan Silahlı Qüvvələri separatçı rejimin nəzarətində olan silahlı dəstələrin məskunlaşdığı əraziləri tam dəqiqliyi ilə öyrəndi və hərbi hədəflərin, obyektlərin mükəmməl əməliyyat yolu ilə məhv edilməsini təmin etmək üçün dəqiq silahlardan maksimum şəkildə istifadə etdi. Bütün bu əməliyyatlar peşəkarcasına Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri tərəfindən ildırım sürətilə həyata keçirildi və separatçı rejimin "rəhbərliyi" və onları himayə edən Ermənistan və digər havadarlıq edən dövlətlər heç macal tapmadılar ki, proseslərə müdaxilə etsinlər və bir sutkadan da az müddətdə məsələ öz həllini tapdı".

Ekspert deyib ki, hazırda baş verənlər antiterror tədbirlərinin nəticəsindən qaynaqlanır və separatçı rejimin bundan sonra Azərbaycan ərazisində fəaliyyət göstərməsi mümkün deyil:

"Məhz bunun üçün də onların özlərini buraxması zərurəti yarandı. Bu gün həmin zərurət onlara bu addımı atmağı məcbur etdi. Bu Azərbaycanın tam olaraq qələbəsidir və xalqımızı bundan dolayı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, onların qəhrəmanlığı bu gün bizə bu sevinci yaşatdı".

Anar Əliyev
Xəbəri paylaş