Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Vardanyanı Paşinyanın yerinə hazırlayırdı

Rusiya Vardanyanı Paşinyanın yerinə hazırlayırdı


Rusiyanın Qarabağa göndərdiyi, bir müddət sonra isə ondan imtina etdiyi Ruben Vardanyan həbs olundu. Vardanyanın həbsi və onun gələcək taleyi barədə müxtəlif fikirlər səslənməkdədir. Bir çoxları isı hesab edir ki, Vardanyanı elə Rusiya özü ələ verib.

Politoloq Azər Qasımov isə tamam fərqli düşünür. Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Vardanyanın həbsi Rusiyanın planlarına daha bir zərbə vurmaq idi. Rusiya onu Paşinyanın yerinə hazırlayırdı, olmadı:

"Azərbaycanın Vardanyanı həbs etməsini Paşinyana dəstək vermək kimi də qəbul etmək olar. Vardanyan əmin olub ki, sərhəddə ona dəyən olmayacaq. Ona görə arxayın sərhəddə gəlib, yoxsa rusların onu ərazidən çıxarması problem olmazdı. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın antiterror əməliyyatı Vaşinqtonda iki dəfə qısa ara ilə keçirilən bir neçə günlük razılaşmanın nəticəsi idi. İlk görüşdə planlar cızıldı, ikinci görüşdə detallar dəqiqləşdirildi".

Politoloq deyib ki, Amerikanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Qarabağ ermənilərinə status verilməməsini elan etməsi fonunda bəzi ABŞ rəsmilərinin erməniləri dəstəkləyən bəyanatlarını nəzərə almasaq, Paşinyanın Qarabağdan qurtulması lazım idi, o da oldu:

"Bu zaman Rusiya Qarabağdan ermənilərin çıxarılması oyununu başlatdı ki, Ermənistanda vəziyyəti gərginləşdirsin, amma Azərbaycan onların lideri Vardanyanı həbs etməklə Paşinyana qarşı cəbhəni başsız qoydu".

Anar Əliyev
Xəbəri paylaş