Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağ rayonunda şəhid Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilib

Qaradağ rayonunda şəhid Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilib



28 sentyabr 2023-cü il, Lökbatan qəsəbəsinin sakini Şəhid Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilib.

Newscenter-az xəbər verir ki, ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri Qaradağ rayon Şəhidlər Xiyabanında şəhidin qəbrini ziyarət etmişlər. Şəhidin qəbri üzərinə tər güllərdən əklil qoymuş, ruhuna dualar oxunmuşdur.

Şəhidin valideynləri ilə görüşən rayon rəhbərliyi onların problemləri ilə maraqlanmış, onlara başsağlığı vermişlər.

ALLAH RƏHMƏT ELƏSİN!



Anar Əliyev
Xəbəri paylaş