28-29 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının növbəti iclası baş tutub.
Newscenter-az xəbər verir ki, iclasda sözügedən marşruta əlavə yük həcmlərinin cəlb edilməsi və xidmət keyfiyyətinin, o cümlədən yük əməliyyatlarının səmərəliliyinin artırılması ilə bağlı məhsuldar müzakirələr aparılıb.
Eyni zamanda, Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nizamnamə və üzvlük haqqında Əsasnamənin yeni versiyası yekdilliklə qəbul edilib.
Ruhiyyə Mehdiyeva