Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və Abşeronda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakı və Abşeronda evlərdən oğurluq edən şəxslər saxlanılıb


Bakı və Abşeronda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kəndindəki evlərdən birinin həyətindən 8500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən kənd sakini Nizami Hüseynov, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən 1450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elşad Nəsirov saxlanılıb.

Bundan başqa, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Maştağa qəsəbəsindəki evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rasim Elməliyev və Sergey Volovin saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş