Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günkü proqramı əsasən paytaxt Ankarada keçirəcək qəbullarla müəyyənləşib.
Newscenter.az Türkiyə Prezidentinin İnformasiya və Kommunikasiya İdarəsinə istinadən bildirib ki, Ərdoğan noyabrın 1-də Liviya Ali Dövlət Şurasının sədri Məhəmməd Tekalanı qəbul edəcək.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, eləcə də Qəzza bölgəsindəki vəziyyət müzakirə olunacaq.
Türkiyə prezidentinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı ilə görşündə də əsasən Yaxın Şərq böhranı, Qəzzadakı vəziyyət müzakirə mövzusu olacaq.
Anar TAGİYEV