İsrail raketlərlə təchiz edilmiş hərbi gəmilərini Qırmızı dənizə çıxarıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, "Vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq və bölgədə artan müdafiə səyləri çərçivəsində Dəniz Qüvvələrinə aid raket gəmiləri Qırmızı dəniz bölgəsinə çatıb", deyə-bildirilib.
Qeyd edilib ki, belə bir addımın atılmasına səbəb həm də Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən İsrailə qarşı pilotsuz uçuş aparatları (PUA) və raketlərlə edilən hücumlar olub.
Qeyd edək ki. 2014-cü ilin sentyabrından Yəmənin paytaxt Səna və bəzi digər bölgələrini nəzarətdə saxlayan İranın dəstəklədiyi husilər ilk dəfə olaraq İsrailə qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürürlər.
Anar TAGİYEV