Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionun sabitlik və təhlükəsizlik məsələsi hər kəsi narahat etməlidir

Regionun sabitlik və təhlükəsizlik məsələsi hər kəsi narahat etməlidir


Cənubi Qafqazda kövrək sabitlik hökm sürür. Ona görə kövrək ki, Azərbaycanın öz ərazilərini işğaldan azad edərək regionda yeni reallıqlar yaratması Qərbi və Avropanı heç də razı salmayıb və hər iki güc mərkəzinə daxil olan bir sıra ölkələr ciddi cəhdlə regionda yeni qarşıdurma yaratmağa çalışırlar. Ona görə də regional əməkdaşlığa hesablanmış bütün platformaların baş tutmasına əngəl olmağa çalışırlar. Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, ekspert bildirib ki, dünyada baş verən hadisələr və sürətlə qütbləşməkdə olan ölkələrin maraqları, 3+3 platformasının üzv dövlətlərinin daha çox sərbəst siyasət yürütmək imkanlarını artırmaq üçün mühüm əhəmiyyət kəsb edir:

"Bu siyasi və dostluq platforması xüsusilə də ABŞ və Qərbin, Cənubi Qafqaz və regionda planlaşdırdıqları geosiyasi və geoiqtisadi maraqlarını müzakirə etmək və qismən də olsa, nəzarətdə saxlamaq üçün gələcəkdə mühüm perspektivləri ola biləcək bir təşkilata çevrilə bilər. Bu təhlükəsizlik baxımından da çox önəmlidir. İstər ayrı-ayrılıqda olsun, istərsə də birlikdə, bu təşkilat formasından hər bir üzv dövlət yalnız faydalana bilər. Biz zaman-zaman ABŞ və Qərbin regiona müdaxilə və sızma cəhdləri ilə rastlaşmışıq. Burada hər zaman xoşniyyətlərin olduğu, təəssüflə qeyd etmək istəyirəm ki, müşahidə olunmayıb".

Ekspertin sözlərinə gör, cəhdlər onu göstərib ki, üzv dövlətlərin hər hansı birinin ələ alınması və göstərilən ikili standartlardan dolayı regionda münasibətilər gərginləşib və hər hansı bir məsələdə proseslər məhz Qərbin istək və arzuladıqları səmtə yönəlib:

"Bu kimi, Qətbin və ABŞ-ın addımları çoxdur və bunun sonu görünmür. Bu səbəbdən 3+3 formatı davam etməsi lazımdır və daha da gücləndirilməsi istiqamətində zəruri addımlar atılması zəruridir. Doğrudur, burda da nəzər nöqtələri birmənalı deyil, fikir və baxış ayrılıqları var. Amma, bütün bunlar mümkün ola bilməz, anlamına gəlməməlidir. Əksinə, bütün problemləri həll etməyin ən məqbul masası halına çevrilməsi üçün ən məqbul variantdır. Bu çox vacib məsələdir. Çünki, dünyada baş verən proseslər, qütbləşməkdə olan güçlərin maraqları, gələcəkdə bu regionun sabitliyi və təhlükəsizliyi baxımından hər kəsi narahat etməlidir".

Anar Əliyev
Xəbəri paylaş