Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynanın 10 bölgəsinə 118 hava zərbəsi endirdi

Rusiya Ukraynanın 10 bölgəsinə 118 hava zərbəsi endirdi


Rusiya bu il ərzində Ukraynaya ən sarsıdıcı zərbələrini ötən sutka endirib.

Newscenter.az Ukrayna mediasına istinadən bildirir ki. bu barədə çəlumatı Ukraynanın daxili işlər naziri İqor Klimenko verib.

Nazir bildirib ki, Rusiya son 24 saatda Ukraynanın 10 bölgəsindəki 118 yaşayış məntəqəsinə hava zərbələri endirib. Rus əsgərlərinin gecə saatlarında Poltav vilayətinin Kremençuq şəhərində neft emalı zavodunu vurduğuna diqqət çəkən Klimenko, hücum nəticəsində neft emalı zavodunda baş verən yanğını yanğınsöndürmə qruplarının bir neçə saat ərzində söndürdüyünü deyib.

Rusların Dnepropetrovsk vilayətinin Nikopol rayonuna artilleriya ilə 3 hücum təşkil etdiyini bildirən Klimenko, Xerson vilayətində gecə saatlarında həyata keçirilən hücumlarda nəticəsində 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş