Yunanıstan tərəfindən ölümə buraxılan 113 qeyri-qanuni miqrant Türkiyə dənizçiləri tərəfindən xilas edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Muğlanın Datça və Dalaman rayonları sahillərində Yunanıstan tərəfindən Türkiyə ərazi sularına çıxarılan və mühərrik nasazlığı səbəbindən sürüklənən rezin qayıqlarda olan 113 qeyri-qanuni miqrant Sahil Mühafizə qüvvələri tərəfindən sahilə çıxarılıb.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Dalaman sahillərində rezin qayıqda qeyri-qanuni mühacirlərin olduğu barədə məlumat daxil olub. Bunun üzərinə Sahil Təhlükəsizlik katerləri bölgəyə göndərilib.
Komandalar Yunan tərəfdən Türkiyənin ərazi sularına sıxışdırılan 4 rezin qayıqda 70 qeyri-qanuni immiqrantı xilas edib. Həmçinin, Datça sahillərində 43 nizamsız immiqrant Sahil Mühafizəsi qrupları tərəfindən xilas edilərək sahilə çıxarılıb.
Anar TAGİYEV