Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ailə quran gənclərə faizsiz kredit veriləcək

Ailə quran gənclərə faizsiz kredit veriləcək


Türkiyədə yeni ailə həyatı quran gənclərə dövlət tərəfindən dəstək veriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı AK Partinin qrup başqan vəkiliLeyla Şahin Usta verib. Bildiirib ki, ilkin olaraq layihə 4 vilaayətdə həyata keçiriləcək. Bura Kahramanmaraş, Adiyaman, Hatay və Malatya daxildir.

Pilot layihə çərçivəsində yeni ailə quran gənclərə 150 min lirə faizsiz kredit veriləcək. Kreditin verildiyi ilk iki ildə gənc ailədən heç bir ödəmə tələb edilməyəcək. İki il keçdikdən sonra qarşıdakı 4 ildə kredit faizsiz dövlətə geri qaytarılacaq.

Sonrakı illərdə layihənin digər vilayətlərdə də tətbiqinə başlanılacaq.

Natiq Orucov
Xəbəri paylaş