Amerikalı alimlərin pişiklər üzərində apardıqları tədqiqatlar nəticəsində maraqlı mənzərə ortaya çıxıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, alimlər pişiklərin bir-biri ilə əlaqə qurarkən 276 fərqli üz ifadəsindən istifadə etdiyi qənaətinə gəliblər.
Belə ki, aimlər ABŞ-ın Kaliforniya Universitetində 53 yetkin pişiyi araşdırıblar. Tədqiqatçılar pişiklər üçün hazırlanmış "Üz Hərəkətinin Kodlaşdırma Sistemi"ni istifadə edərək, üz əzələlərindəki hərəkətlərin sayı və növlərinə baxaraq, pişiklərin bir-biri ilə qarşılıqlı əlaqəsi zamanı yaranan "üz siqnallarını" araşdırıblar.
Tədqiqatçılar pişiklər arasında 186 qarşılıqlı əlaqəni qeydə alıb və ümumilikdə 688 üz siqnalını kodlaşdırıblar ki, onlardan 413-ü erkək pişiklər, 275-i isə dişi pişiklər tərəfindən sərgilənib.
Bu siqnalları araşdıran tədqiqatçılar pişiklərin bir-biri ilə əlaqə qurarkən 276 fərqli üz ifadəsindən istifadə etdiyini aşkar ediblər.
Tədqiqatçılar pişiklərin üz ifadələrin 45,7 faizinin dostluq münasibətli, 37 faizinin isə aqressiv olduğunu müəyyən ediblər.
Sona