Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın siyasi riyakarlığı

Avropanın siyasi riyakarlığı


Azərbaycana qarşı Avropadan qərəzli mövqe, ədalətsiz yanaşma, eyni zamanda təzyiqlər davam etməıkdədir. İndi də qoca qitənin bəzi ermənipərəsət ölkələri Azərbaycanı etnik təmizləmə siyasəti həyata keçirməkdə ittiham edirlər. İddia edilir ki, Azərbaycan Qarabağ ermənilərini zorla oradan çıxaerıb.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Avropanın bu cür yanaşması siyasi riyakarlıqdan başqa bir şey deyil. Ancaq politoloq onu da deyib ki, Avropadakı bəzi dairələrin bu qərəzli mövqeyi elə Ermənistan hakimiyyətinin də ürəyincə deyil:

"Azərbaycana qarşı Avropanın bəzi dövlətləri və təşkilatların "etnik təmizləmə" adı altında bəyanatları Ermənistan Baş naziri Nikol Paşinyanın da xoşuna gəlmir. Çünki bu kimi açıqlamalar sülh prosesinə zərbə vurur. Nikol Paşinyan ilk gündən etnik təmizləmə olmadığını və ermənilərə qarşı hər hansı bir təzyiq edilmədiyini açıq şəkildə qeyd edirdi. Avropa ittifaqı Azərbaycana qarşı bu addan istifadə etməsi siyasi riyakarlıqdır".

Anar Əliyev
Xəbəri paylaş