Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bitcoin son 17 ayın ən yüksək səviyyəsinə qalxıb

Bitcoin son 17 ayın ən yüksək səviyyəsinə qalxıb


Bitcoin kriptovalyutasının qiymətində yenidən artım qeydə alınıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, qiymətlərdə son 17 ayın ən yüksək göstəricisi baş verib. Belə ki, dünya birjalarında bitcoinin qiyməti 2 faizdən çox artıb.

Bitcoinin son 7 gündə dəyər artımı 2 faizə yaxınlaşarkən, bazar dəyəri 687 milyard dolları keçib. 2021-ci ilin noyabrında 68 990 dollara qədər bütün zamanların ən yüksək həddi olan bitcoin həmin tarixdən etibarən dəyərinin təxminən 49 faizini itirib.

Bazar dəyərinə görə ikinci yerdə olan Ethereum, son 24 saatda 1,40 faizdən çox dəyər qazanaraq 1830 dollar səviyyəsinə çatıb.

Natiq Orucov
Xəbəri paylaş