Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) qurultaya hazırlaşır.
Newscenter.az partiyaya istinadən bildirir ki, noyabr 4-5-də baş tutacaq qurultay partiyanın həyatı üçün vacib qərarlar qəbul ediləcək. İndiyə qədər 56 qurultay keçirən CHP-nin bu dəfəki qurultayı növbədənkənar hesab edilir. İndiyə qədər partiya həyatında 17 dəfə növbədənkənar qurultay baş tutub.
Noyabrın 4-5-də baş tutacaq sayca 18-ci növbədənkənar qurultayda CHP-nin yeni sədrinin və partiyanın rəhbər heyətinin seçiləcəyi nəzərdə tutulur.
Anar TAGİYEV