Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüseynbala Mirələmovun " Bəyaz buludlar üstdə" miniatür eşq romanı Türkiyədə nəşr olunub

Hüseynbala Mirələmovun " Bəyaz buludlar üstdə" miniatür eşq romanı Türkiyədə nəşr olunub


Yazıçı - dramaturq Hüseynbala Mirələmovun " Bəyaz buludlar üstdə" miniatür eşq romanı Türkiyədə nəşr olunub. Newscenter.az-a verdiyi açıqlamada yazıçı bildirib ki, əsəri türk dilinə tanınmış tərcüməçi İmdat Avşar tərcümə edib.

"Romanda taleyin hökmü ilə qarşılaşıb bir - birini dəlicəsinə sevən iki gəncin - Ayanla Vüqarın müasir eşq dastanı müəllifin təxəyyülünün zəngin bədii obrazları ilə ustalıqla qələmə alınıb. Əsərin baş qəhrəmanları qarşılaşdıqları maneələrə baxmayaraq öz dəyərli eşqlərini məişət bataqlığında boğulmağa qoymur, bu sevgini qiymətli xəzinə kimi qoruyaraq hər şeyin fövqünə - bəyaz buludların üstə çıxarmağı bacarırlar".

Müəllif bildirib ki, kitabı Yazıçılar Birliyinin "Bayatı" kitab mağazasından əldə etmək mümkündür.

Anar Əliyev
Xəbəri paylaş