Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay hansı mal və məhsulların qiyməti artıb?

Keçən ay hansı mal və məhsulların qiyməti artıb?


Keçən ay Türkiyə bazarlarında ən çox artım üst geyimlərində qeydə alınıb.

Newscenter.az İstanbul Ticarət Palatasına (İTO) istinadən bildirir ki, üst geyimlərdə sentyabr ayına nisbəıtən 83,90 faiz artım baş verib. Ən ciddi qiymət azalması isə yaşıl lobyada olub. Belə ki, oktyabr ayında yaşıl lobya əvvəlki aya nisbətən 27,96 faiz ucuzlaşıb.

Ümumilikdə məlumatda qeyd edilib ki, 242 məhsuldan 147-nin pərakəndə satış qiymətləri artarkən, 17 məhsulun qiyməti azalıb, 78 məhsulun qiymətində isə heç bir dəyişiklik baş verməyib.

Üst geyimlərində qiymət artımı əsasən, palto, ayaqqabı və gödəkçələrdə qeydə alınıb.

Natiq Orucov
Xəbəri paylaş