Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk qrupu münaqişənin həllinə deyil, onun dondurulmasına çalışırdı

Minsk qrupu münaqişənin həllinə deyil, onun dondurulmasına çalışırdı


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il martın 24-də təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Xəyal Məmmədəliyev səsləndirib. Onun sözlərinə görə, həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı:

"Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Nəticədə 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi baş verdi".

Anar Əliyev
Xəbəri paylaş