Ermənistanın baş naziri Nikol Paşinyan dilemma qarşısında qalıb. Bir tərəfdən Rusiyadan qopmağa çalışan ermıni baş nazir, digər tərəfdən Rusiyadan daha yaxşı müttəfiq tapa bilməyəcəyinin artıq fərqinə varıb və artıq Qərbə də o qədər bel bağlamır. Çünki Qərbdən də o istədiyini ala bilmir.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, Paşinyan Qərbdən gözlədiyi, arzuladığı dəstəyi ala bilmədiyi üçün indi çətin bir durum qarşısında qalıb:
"Çünki Paşinyan gözəl bilir ki, Rusiya onu əfv etsə də, bu Ermənistan üçün baha başa gələcək. Bir sözlə Ermənistan yenidən Rusiyanın forpostu olmaq üçün nələrdənsə keçməli olacaq".
Anar Əliyev