Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyaəzəndə vətəndaş qəbulu keçiriləcək

Siyaəzəndə vətəndaş qəbulu keçiriləcək


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev noyabrın 15-də Siyəzən rayonunda həmin rayonun və Şabran rayonunun sakinlərini qəbul edəcək.

Newscenter.az nazirliyə istinadən bildirir ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 02 - 07 noyabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Nərgiz Əzizova
Xəbəri paylaş