Müksikada tibbi vertolyot qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Meksikanın Morelos əyalətində baş verib. Belə ki, hadisə yerinə gedən vertolyotun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Bildirilib ki, təcili tibbi yardım təyyarəsi əyalətin Temiksko şəhərinin Tetlama şəhəri yaxınlığında meşəlik əraziyə düşüb.
Qəzanın səbəbi hələlik məlum deyil. Morelos Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.
Anar TAGİYEV