Sabah Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 10-cu Zirvə toplantısı keçiriləcək.
Newscenter.az Türk Dövlətləri Təşkilatına istinadən bildirir ki, yaradılmasının 14-cü ildönümünü qeyd edən qurum bu dəfə “Türk Çağı” devizi altında bir araya gələcək. Zirvə toplantısında üzv dövlətlərin başçıları ilə yanaşı, TDT Müşahidəçilərinin Dövlət/Hökumət Başçıları və TST Baş Katibinin də iştirakı gözlənilir.
Sammitdə təşkilata üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, nəqliyyat və logistika sahəsində əlaqəlırin inkişaf etdirilməsi, eləcə də regionda və dünyada baş verən proseslər müzakirə olunacaq.
Anar TAGİYEV