Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aparılan ardıcıl islahatlar ölkədə vətəndaşa yönümlü dövlət qulluğu modelinin formalaşdırılmasına gətirib çıxarıb

Aparılan ardıcıl islahatlar ölkədə vətəndaşa yönümlü dövlət qulluğu modelinin formalaşdırılmasına gətirib çıxarıb


Son illərdə bütün sahələrdə olduğu kimi kadrların təyinatı prosesində də müsbət tendensiya müşahidə edilir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə daha gənc və perspektivli kadrlar müxtəlif sahələrə təyinat alırlar. Bu tendensiya öz nöbəsində kadr islahatlarının bir qolunu təşkil edir.

Newscenter.az-ın xəbərinə görə, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova deyir ki, müasir və güclü dövlətin, səmərəli, demokratik və şəffaf idarəetmənin formalaşdırılması istiqamətində aparılan ardıcıl islahatlar ölkədə vətəndaşa yönümlü dövlət qulluğu modelinin formalaşdırılmasına gətirib çıxarıb. Onun sözlərinə görə, aparılan islahatlar dövlət qulluğunun "cəmiyyətə, xalqa xidmət" mənasını qazanmasına, milli kadr siyasətinin əsas istiqamətlərinin, müasir dövlət qulluqçusunun zəruri xüsusiyyətlərinin müəyyənləşdirilməsinə səbəb olub:

"Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, müasir və yaradıcı təfəkkürlü, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması, həmçinin kadr potensialının, insan resurslarının intellektual bazasının yenilənməsi və genişləndirilməsi üçün mühüm tədbirlər keçirilmişdib. Respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik, milli ideologiya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdəti, xalqa xidmət kimi meyarlar üzərində qurulmuşdu. Son dövrlərin təyinatında da bu hal özünü qabarıqlaşdırır".

Anar Əliyev
Xəbəri paylaş