BMT-nin İnkişaf Proqramı ictimai siyasət araşdırmaçılarının istifadəsi üçün yeni bələdçi kitabçası hazırlayıb.
Newscenter.az xəbər verir ki, kitabça Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ərsəyə gəlib. Kitabça ictimai (dövlət) siyasət anlayışını izah edir, siyasətin hazırlanması prosesinin mərhələləri və burada vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı haqda ətraflı məlumat verir. Kitabçada, həmçinin siyasətlərin qəbulunda tövsiyə sənədlərinin rolu və onların hazırlanması mövzularına toxunulur, praktiki nümunələr təqdim edilir.
Bələdçi kitabçası layihə tərəfindən təşkil edilən ictimai siyasətlər və siyasət təhlili təlimləri əsasında hazırlanıb. Məqsəd vətəndaş cəmiyyəti təşkilatlarının dayanıqlı inkişafa yönəlik siyasətlərin hazırlanması prosesində iştirakını artırmağa dəstək olmaqdır.
Təqdim edilən resurs sahə üzrə tələbə, müəllim və digər tədqiqatçı şəxslərin istifadəsi üçün uyğundur.
Sona