Birləşmiş Ştatlar İsrailə çağırış edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Vaşinqton Təl-Əvivdən çülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün mümkün tədbirlər görməyi tələb edir.
Dövlət Departamentinin bununla bağlı yaydığı açıqlamada qeyd edilir ki, İsrail beynəlxalq humanitar hüquqa uyğun hərəkət etməlidir.
Qeyd edək ki, İsrailin Qəzzaya həyata keçirdiyi hücumlarda bu günə qədər 3 min 900-ü uşaq, 2 min 509-u qadın olmaqla 9 min 488 fələstinli həyatını itirib, ən azı 24 min nəfər isə yaralanıb.
Anar Əliyev