Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır.

Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır.


Azərbaycanın balanslaşdırılmış, eyni zamanda yaxın-uzaq ölkələrlə normal qonşuluq münasibıtlərinə əsaslanan xarici siyasət kursu həyata keçirməsi ölkəmizə beynəlxalq səviyyədə olan marağı getdikcə artırır. İndi dünyanın əksər ölkələri demək olar ki, Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verir. Elə YAP üzvü Tomris Allahverdiyeva da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, hakim partiya üzvü deyib ki, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır:

"Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır".

O qeyd edib ki, Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyalarından çıxış edir.

Anar Əliyev
Xəbəri paylaş