Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının, sülhün alternativi yoxdur"

Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının, sülhün alternativi yoxdur"


“Azərbaycan dövləti hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının, sülhün alternativi yoxdur. Azərbaycan tərəfindən Ermənistana bununla bağlı növbəti təkliflər göndərilib. Hazırda təklif edilən paketlərlə bağlı Ermənistandan cavab gözləyirik”.

Newscenter.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq məcburi köçkünlərimiz ata yurdlarına geri dönürlər: “Əminəm ki, Qarabağ bölgəsi ən gözəl guşələrdən birinə çevriləcək”.
Xəbəri paylaş