Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
Qeyd olunub ki, görüşdə bütün sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
İtaliyanın regionda prosesləri diqqətlə izlədiyi və dialoqu dəstəklədiyi vurğulanıb.
Mehman Mehdiyev