“Ermənistan cəmiyyəti kriminal, siyasi cəhətdən inkişaf etməmiş bir cəmiyyətdir. Ümumiyyətlə, Ermınistan heç vaxt dövlət kimi müstəqil olmayıb, o forpost dövləti olub. Hazırda da Ermənistan Fransanın forpostluğuna əsas namizəddir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə İrəvanın Moskvadan qoparaq Parisə meyillənməsinə münasibət bildirərkən səsləndirib. Məhəmməd Əsədullazadənin sözlərinə görə, Fransanın, ümumilikdə Avropanın əsas məqsədi ondan ibarətdir ki, Rusiyanın Ermənistandakı mövqeləri tamamilə zəifləsin:
“Ermənistan kimi qeyri-demokratik, forpost, müstəqil siyasi iradəsi olmayan bir ölkənin Fransanın dominantlığı altında Avropada normal qəbul ediləcəyi də mümkün deyil”.
Anar Əliyev