“İranın indiki halda İsrail-HƏMAS müharibəsinə qoşulması inandırıcı görünmür. Çünki bu Tehran üçün yolun sonu ola bilər. Onsuz da Birləşmiş Ştatlar, Avropadan sanksiyalarla üzləşən İran İsraillə müharibəyə qoşulmaqla özünə qarşı beynəlxalq təzyiqləri bir qədər də artırmış olar. Bu isə indiki halda İran üçün əlverişli deyil”.
Newscenter.az-ın xəbərinə görə, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, HƏMAS İsraili hərbi baxımdan ciddi zəiflətsə və onu məğlub durumla üzlışdirə bilsəydi, o zaman İran bu müharibəyə qoşulardı:
“Bu da heç cür mümkün görünmür. Çünki HƏMAS-ın İsrail üzərində uğuru xəyal edilməsi belə mümkün olmayan bir şeydir”.
Analitik Qrup hesab edir ki, İran ən yaxşı halda HƏMAS-ı hərbi texnika ilə təchiz edə bilər.
Anar Əliyev