44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etməyimizin 3 ili tamam olur. Üç il əvvəl baş verənlərə nəzər saldıqda bir daha Azərbaycanın böyük bir uğura, tarixi qələbəyə nail olduğunun fərqinə varırıq. Təbii ki, bu qələbəni təmin edən, onu şərtləndirən amillər də kifayət qədər idi. Təbii ki, bu amillərdən ən başlıcası da güclü ordunun formalaşması idi. Elə Yeni Azərbaycan Partiyasının üzvü Məhəmməd Heydərli də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Məhəmməd Heydərli deyib ki, uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaratdı:
"Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb".
Anar Əliyev