Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Ərdoğan: Biz Avropanın enerji bazası olacağıq

Prezident Ərdoğan: Biz Avropanın enerji bazası olacağıq


"Elektrikli avtomobil akkumulyatorlarında artıq 70 gigavat-saatlıq istehsal gücünə çatmış bir ölkə olaraq, ən geci 2030-cu ilə qədər Avropanın akkumulyator istehsal bazası olmaq əzmindəyik".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelidə avtomobil zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, biz indiyə qədər nə yerli-xarici kapitala ayrı-seçkilik qoymuşuq, nə də onun edilməsinə icazə vermişik:

"Baş nazir və prezident olduğum müddətdə Ford Otosanın başlatdığı hər bir sərmayəni dəstəklədik və atdığı hər addımda onun yanında olduq. Bu torpaqda istehsal edən və ixrac edən, əlavə dəyər yaradan və bütün digər sektorlar kimi avtomobil sənayesində məşğulluq yaradan bütün investorlar kimi Ford Otosan-ı həmişə dəstəkləmişik".

Anar TAGİYEV
Xəbəri paylaş