Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qətl törətməkdə şübhəli bilinən 61 yaşlı kişi saxlanılıb

Qətl törətməkdə şübhəli bilinən 61 yaşlı kişi saxlanılıb


Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a bildirilib ki, adıçəkilən şəxs istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyitinin olması ilə bağlı polisə məlumat daxil olub.

Mehman Mehdiyev
Xəbəri paylaş