Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatı yeni bir mərhələyə qədəm qoyur

Türk Dövlətləri Təşkilatı yeni bir mərhələyə qədəm qoyur


“Türk Dövlətləri Təşkilatının (TDT) hazırda əsas məqsədi ilk növbədə iqtisadi sahədə əlaqələri inkişaf etdirmıəkdir. Bu sırada öncəliklə Beynəlxalq Valyuta Fonduna oxşar bir qurumun yaradılması gəlir. Belə bir qurumun yaradılması və türk dövlətlərinin vahid bir valyutadan istifadə etməsi çox önəmlidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Güney Azərbaycan Ocaqlarının sədr müavini Faiq Ələkbərli Türk Dövlətləri Təşkilatının Astana samitinin nəticələrini şərh edərkən səsləndirib. O bildirib ki, iqtisadi məsələlərlə yanaşı, siyasi və hərbi sahədə əməkdaşlıq məsələləri də olduqca aktualdır:

“Xüsusilə, vahid türk ordusunun yaradılması istiqamətində ciddi təşəbbüslər var və bu istiqamətdə müəyyən işlər gedir. Bu da olduqca vacib məsələdir. Çünki hazırda dünyada çox ciddi proseslər gedir, müxtəlif coğrafiyalarda müharbə ocaqları mövcuddur. Belə bir şəraitdə vahid türk ordusu, Turan Ordusunun yaradılması günün tələbidir”.

Faiq Ələkbərli deyib ki, Türk Dövlətləri Təşkilatı siyasi anlamda yeni bir mərhələyə qədəm qoyur. Onun sözlərinə görə, bu mərhələdə TDT təkcə türk respublikaları ilə məhdudlaşmır və digər dost ölkələrlə də əməkdaşlıq gücləndirilir, həmin ölkələr təşkilata müşahidəçi qismində qatılırlar.

Anar Əliyev
Xəbəri paylaş