Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə lideri: "Məqsədimiz ölkəmizi elektromobil və akkumulyator istehsalında dünyanın aparıcı oyunçularından birinə çevirməkdir"

Türkiyə lideri: "Məqsədimiz ölkəmizi elektromobil və akkumulyator istehsalında dünyanın aparıcı oyunçularından birinə çevirməkdir"


"Son 5 ildə avtomobil istehsalı üzrə dünya reytinqində 15-ci yerdən 13-cü yerə yüksəlməyimiz düzgün istiqamətdə getdiyimizi göstərir. Üstəlik, ardıcıl qlobal böhranlara baxmayaraq, biz bu uğura nail olduq".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelidə avtompbiol zavodunun açılışında çıxışı zamanı deyib.

Türkiyə lideri deyib:

"Keçən il avtomobil ixracımız 9 milyard dollardan çox xarici ticarət profisiti verdi. Türkiyə olaraq avtomobil istehsalı bazarındakı texnoloji dəyişikliklərə sürətlə uyğunlaşaraq əldə etdiyimiz bu istehsal və ixrac gücünü qoruyub saxlamaq əzmindəyik".

Rəcəb Tayyib Ərdoğan deyib ki, bütün dünyada olduğu kimi, Türkiyədə də elektromobillərə maraq artır.

"Məqsədimiz ölkəmizi elektromobil və akkumulyator istehsalında dünyanın aparıcı oyunçularından birinə çevirməkdir".

Anar TAGİYEV
Xəbəri paylaş