Türkiyədə ilk nekropol muzeyi açılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, açılış mərasimində mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da iştirak edib.
Nazir bildirib ki, Antalyada açılan Nekropol Muzeyi Türkiyədə açılan ilk muzeydir və burada qazıntıları zamanı tapılan 866 eksponant yer alır.
Nazir Ersoy açıqlamasında dünyanın bir çox yerində nekropol muzeylərinin olduğunu da bildirib. Bildirib ki, İspaniya, İtaliya, Vatikan və Bolqarıstanda bu cür muzeylər mövcuddur.
"Türkiyənin ilk nekropol muzeyində eramızdan əvvəl 3-4-cü əsrlərə və eramızın 5-ci əsrinə aid türbələr, məzarlıq qalıqları yer alıb",-deyə Mehmet Nuri Ersoy bildirib.
Anar TAGİYEV