Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həftənin ilk iş günü hava necə olacaq?

Həftənin ilk iş günü hava necə olacaq?


Noyabrın 06-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 11-16° isti olacaq.

Sona
Xəbəri paylaş